Sektor müdiri (Neft siyasəti sektoru)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Neft və neft-kimya sahəsinin (bundan sonra-müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir
  • Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir
  • müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir
  • Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının müvafiq göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir
  • müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir
  • dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təsdiq edilməsində iştirak edir
  • müvafiq sahə üzrə resurslara qənaət və  bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir
  • aidiyyəti şöbələrlə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin sektorun fəaliyyətinə uyğun dövlət tənzimlənməsində iştirak edir
  • müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir
  • müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir
  • müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir
  • müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir
  • müvafiq sahənin inkişaf dinamikasının təhlil edilməsində iştirak edir
  • fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təklifləri hazırlayır
  • Azərbaycanda və dünyada müvafiq sahədə baş verən dəyişikliklərin təhlilinin və icmalının aparılmasını həyata keçirir
  • müvafiq sahədə Dövlət Proqramlarının layihələrinin hazırlanması, dəyişikliklər edilməsi və ya qüvvədən düşməsi barədə təkliflər verir
  • Azərbaycan Respublikası qanunvericiliyinin  müvafiq sahəyə tətbiqi praktikasının ümumiləşdirilməsində iştirak edir, onun təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayır
  • şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsində iştirak edir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 29.05.2024 18:00

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: kimya müəllimliyi, kimya, geologiya , geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, kimya mühəndisliyi, kimya və biologiya müəllimliyi , istilik energetikası mühəndisliyi, sənayenin təşkili və idarə olunması ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;


Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Telegram kanalımız