Sektor müdiri (İstilik enerjisi sektoru)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstilik enerjisi sahəsinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsi;
  • müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • isitilik enerjisi istehsalı və istehlakının proqnozlaşdırılması və balansının hazırlanması, texnoloji itkilərin hesabatının və analizinin aparılması;
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edilməsi;
  • İstilik energetikası sisteminin subyektlərinin maya dəyəri, rentabellik məsələləri və texniki-iqtisadi göstəricilərinin analizinin aparılması;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsi;
  • dövlət müəssisələri üzrə elektrik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafı və elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması və tədbirlərin həyata keçirılməsi;
  • müvafiq sahəyə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlanması, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • yanacaq və energetika obyektlərinin tikilməsi, yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
  • enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün şöbə müdirinə təkliflərin verilməsi;
  • müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınanması ilə bağlı tədbirlərdə iştirak edilməsi;
  • fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının alınmasının təmin edilməsi;
  • sektorun fəaliyyət  istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq baxılmasının təmin edilməsi;
  • müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilində iştirak edilməsi, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması;
  • müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün təşkil olunan seminarlarda, o cümlədən yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, konfranslarda və digər tədbirlərdə iştirak edilməsi;
  • müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi;
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıqda iştirak edilməsi;
  • fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edilməsi;
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
  • şöbənin iş planlarının, hesabatlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi; 
  • sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
  • şöbə müdirinin müəyyən etdiyi halda tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • tabeliyində olan işçilər arasında cari iş bölgüsünün aparılması, əmək, icra və xidmət intizamına riayət olunmasının təmin edilməsi;
  • sektorun əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə şöbə müdirinə təqdimat verilməsi;
  • Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun digər vəzifələrin həyata keçirilməsi;
  • şöbə müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi;
  • sektorun fəaliyyətinə rəhbərlik edilməsi.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət:29.05.2024 18:00

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya, ekologiya mühəndisliyi, mexanika, enerji maşınqayırması mühəndisliyi, mexanika mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;


Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Telegram kanalımız