İnsan Resursları sahəsində təcrübə proqramı

Bakı

Groupone
Təcrübə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

GROUPONE MMC şirkəti (Paul restoranlar şəbəkəsi) karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən gənclər üçün 3 aylıq könüllü təcrübə proqramı (Sənədlərlə iş – İnsan Resursları) elan edir. Araşdrma aparmağı sevən, özünə güvənən, sənədlərlə işləmək bacarığı olan, universiteti yeni bitirmiş və ya hələ təhsilini davam etdirən, dinamik, vaxtını idarə etməyi bacaran namizədlər bizə müraciət edərək komandamızın bir üzvü ola bilərlər. 

Bu proqramda iştirak etməklə, Siz gündəlik real iş prosesi ilə yaxından tanış olmaqla, İnsan resursları, sənəd dövriyyəsi, arxivləşdirmə sahəsində yeni bilik və bacarıqlara yiyələnəcək, korporativ fəaliyyətdə iştirak edəcəksiniz.

Təcrübə həftədə 5 gün davam edəcək (Saatlar tələbələrin dərs saatlarıyla uyğunlaşdırılacaq)

Təcrübəni müvəffəqiyyətlə başa vuran namizədlərə Sertifikat və İnsan Resursları Departamentinin direktoru tərəfindən tövsiyyə məktubu veriləcəkdir. 

Xüsusi tələblər

  • Detallara qarşı diqqətli olmaq
  • Excell,word və Canva proqramlarında işləmək bacarığı
  • Vaxtın düzgün idarə edilməsi
  • İşə məsuliyyətli və həvəsli yanaşma


Siz bu təcrübədə nələr öyrənəcəksiz?

  • Nəzəri bilikləri praktikada tətbiq etmək imkanı;
  • Sənəd dövriyyəsi sahəsində işləmək; 
  • Sənəd tərtibatının təmini; 
  • Şəxsi işlərin yığılması;
  • ƏMAS dövlət proqramında işləmək


Maraqlanan namizədlər öz resumelərini [email protected] ünvanına *İnsan Resursları üzrə Təcrübəçi * başlığıyla göndərə bilərlər

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız