Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
Dəyişikliyin idarə olunması prosesində iştirak;
Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması.
Xüsusi tələblər
Ali təhsil;
Risklərin idarə edilməsi sahəsində ən azı 3 il təcrübə (keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə iş təcrübəsi arzu olunandır);
İngilis dili biliyi (Rus dili arzuolunandır);
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Hesabatların hazırlanmasına dair təcrübənin olması;
Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
Kompyuter və şəbəkə təhlükəsizliyi, əsas şəbəkə servislərini anlamaq;
Maliyyə sektorunda iş təcrübəsinin olması arzuolunandır;
İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.