Enerji Müfəttişi

Şirvan, İmişli, Kürdəmir

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; 
• Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
• Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın 
əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və
qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
• Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
• Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası 
məcburi göstərişlər verir; 
• Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının 
verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; 
• Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını 
keçirir;
• İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və
nəticələrini rəsmiləşdirir;
• Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.


Digər:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 15 may 2024-cü il
• İş yeri: Şirvan, İmişli, Kürdəmir şəhərləri - 3 vakansiya 

Xüsusi tələblər

• Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali  təhsil
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Yaş həddi 25-45 aralığı
• Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Rus dilini bilməsi arzu olunandır;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Gəncə, Mingəçevir

  • Razılaşma yolu ilə

Telegram kanalımız