Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; 
• Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
• Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın 
əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və
qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
• Layihə sənədlərinin ekspertizasını keçirir;
• Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
• Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası 
məcburi göstərişlər verir; 
• Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin 
qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; 
• İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və
nəticələrini rəsmiləşdirir;
• Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir

Xüsusi tələblər

• Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Yaş həddi 25-45 aralığı
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız