Elektrik avadanlıqların təmiri və xidmət üzrə elektrik montyoru

Astara

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı 4.33 azn/saatliq
  • Yuxarı dərəcəli elektrik montyorlarının tapşırıqlarını icra etmək;
  •  İstehsalat sahəsinin normal işıqlandırılmasına nəzarət etmək və nasazlıq olduqda təmir etmək;
  •  Nasaz olan lampaları dəyişdirmək;
  •  Patronları dəyişdirmək;
  •  Elektrik naqillərini yoxlamaq və dəyişdirmək;
  •  Səyyar işıqlandırmanı təmin etmək;
  •  Təmir işləri zamanı qaynaq aparatlarını dövrəyə qoşmaq, elektrik uzadıcılarını təmin etmək.
  •  Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərini aparmaq;
  •   Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə və digər tapşırıqlarının icra etmək;
  •  İş yerinin təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına, tullantıların idarəedilməsi proseduruna əməl etmək;
  •  Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək.

Xüsusi tələblər

• Telemexanikanın əsaslarını;
• Müxtəlif elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini;
• Elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını;
• Elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini;
• Müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını;
• Elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını;
• İşləyən elektrik avadanlıqlarına nəzarət və xidmət qaydalarını;
• Yüksək tezlikli maşınlı və lampalı generatorlarla iş prinsipini;
• «kosinus-fin»in artırılması üçün statistik kondensatora tələbatın hesablanmasını;
• Elektrik mühərriklərinin mərkəzləşməsi və balanslaşdırılması üsullarını;
• Yüksək tezlikli müdafiənin təyinatını və növlərini;
• Nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını;
• IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını;
• V ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını;
• İstehsalat və əmək intizamı qaydalarını, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri; 

Telegram kanalımız