Qazma Departamentinin rəis müavini

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• yeni texnikanın səmərəli istifadəsinə nəzarət etmək və bütün texniki tədbirlərin hazırlanmasında iştirak etmək;
• qazma idarələri texniki xidmətlərinin fəaliyyətinin təşkilində texniki təhlükəsizlik tələblərinə riayət edilməsini təmin etmək;
• şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə trestin idarələri ilə yazışmalar aparmaq;
• texniki tərəqqi məsələləri üzrə trestin idarələri tərəfindən yerinə yetirilməsi vacib olan qərarlar qəbul edilməsində iştirak etmək;
• səlahiyyəti çərçivəsində bilavasitə rəhbərinə vəzifə borclarının yerinə yetirilməsi prosesi zamanı aşkarlanmış bütün çatışmamazlıqlar
haqqında məlumat vermək və onların aradan qaldırılmasına görə təkliflər təqdim etmək;
• vəzifə səlahiyyətinə aid olan məsələlər üzrə trestin idarələri və digər təşkilatlarla bağlanacaq müqavilələrin hazırlanmasında iştirak etmək. 
• qazma briqadalarının, qazma avadanlıq və alətlərinin işi haqqında məlumatları təhlil etmək;
• aparılan işlərin keyfiyyətini endirmədən, qazmanın kommersiya
sürətinin artırılması və quyu tikintisinin dəyərinin azaldılması üzrə tədbirlər işləmək;
• avadanlıq və alətlərin texniki istismarı qaydalarına briqadalar tərəfindən riayət olunmasına nəzarət etmək;
• qazma işlərinin maddi-texniki təchizatı üzrə illik və cari sifarişlərin tərtib edilməsində iştirak etmək;
• şifarişlərin yerinə yetirilməsi və materialları sifariş əsasında bölüşdürmək;
• qazma idarələri ilə yazışmalar aparmaq;
• təhlükəsizlik texnikası qaydalarına riayət olunması və lazımı tədbirlər görülməsinə nəzarət etmək;
• qazmada baş verə biləcək qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
• qazma üzrə tapşırıqların yerinə yetirilməsində qazma müəssisələrinə yardım etmək;
• qoruyucu kəmərlər üçün tələb olunan qoruyucu boruların sementinin hesablanmasına nəzarət etmək;
• qazma idarələri tərəfindən quyuların konservasiyaya qoyulması və texniki səbəbdən ləğv edilməsi ilə əlaqədar sənədlərin hərəkətinə nəzarət etmək;
• turbin qazıyıcıların hazırlanmasına və quyudibi mühərriklərin işi haqqında məlumatların toplanması və onların hərəkətinə nəzarət etmək;
• illik, rüblük, aylıq və həftəlik sifarişlərin hazırlanmasına nəzarət etmək

Xüsusi tələblər

  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş “Azərbaycan Neft sənayesində əməyin mühafizəsini idarə etmənin vahid sistemi»ni, əmək funksiyalarına və vəzifə borclarına aid olan
  • Azərbaycan Respublikasının qanunvericiliyini;
  • Müəssisənin xüsusiyyətlərini, onun inkişaf perspektivlərini;
  • Buruqquraşdırmanın, quyuların qazılması və sınağının texnologiyasını;
  • Qazma avadanlıq və alətlərini, onların texniki istismar qaydalarını;
  • Quyu tikintisi üzrə işlərdə qüsur, qəza, çətinləşmə, brakların yaranması səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını;
  • Texniki sənədlərin tərtib edilmə qaydalarını;
  • Quyu tikintisinin texnika və texnologiyası sahəsində qabaqcıl yerli və xarici təcrübəni;
  • Qazma işlərinin layihələndirilməsi və planlaşdırılmasını;
  • Geologiyanın əsaslarını və qazma meydançalarının geoloji quruluşunu;
  • Quyularda qazma prosesinə uzaqdan müşahidə etmə sistemini ("Leuza-2" və "Empirica" avadanlığı)

Telegram kanalımız