Proqram Menecer / IT Departamenti

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. 
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
  • İş yeri : “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149

Xüsusi tələblər

  • Proqram menecmenti üzrə minimum 3 il iş təcrübəsi, mürəkkəb proqramlara rəhbərlik etmək və istiqamət vermək bacarığı.
  • Effektiv layihə idarəetmə bacarığı nümayiş etdirərək, eyni vaxtda birdən çox layihəyə rəhbərlik etmək və koordinasiyasını təşkil etmək üzrə sübut olunmuş təcrübə.
  • Effektiv proqram idarəetmə strukturlarının yaradılması və saxlanması sahəsində geniş təcrübə.
  • Çevik idarəetmə təcrübələrinin həyata keçirilməsi və tətbiqi üzrə bacarıq.
  • Əsas performans göstəriciləri və uğur meyarlarının müəyyən və təqib edilməsində tərəfdaşlarla əməkdaşlıq etmək bacarığı.
  • Cədvəllərə nəzarət etmək və yeniləmək, riskləri və problemləri müəyyən etmək və minimuma endirməklə əhatəli proqram planlarının hazırlanması və saxlanması üzrə təcrübə.
  • Çarpaz funksional komandalara rəhbərlik etmək, həvəsləndirmək və yönləndirmək qabiliyyətini nümayiş etdirən insanları idarə etmək bacarığı.
  • Mükəmməl liderlik və ünsiyyət bacarıqları, müxtəlif komandalara təsir göstərmək və onlarla əməkdaşlıq etmək bacarığı.
  • Çevik layihə idarəetmə metodları və onların iri miqyaslı layihələrdə tətbiqi, Layihələrin idarə edilməsi metodologiyaları üzrə geniş bilik.
  • Layihəyə ayrılmış büdcə, resurslar və vaxt qrafiklərini effektiv idarə etmək bacarığı.
  • Dinamik və sürətli iş mühitinə uyğunlaşmaq və inkişaf etmək bacarığı.
  • Proqram və ya layihənin idarə edilməsi sahəsində müvafiq sertifikatlar (məsələn, PMP, PgMP, Agile sertifikatları) və telekommunikasiya sənayesi üzrə geniş biliyə üstünlük verilir.

Dil bilikləri: 

  • Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;  
  • Rus və ingilis dili orta səviyyədən yuxarı yazılı və şifahi ünsiyyət bacarığı.


Arzu olunan namizəd mürəkkəb proqramların idarə edilməsində özünü sübut etmiş təcrübəyə, insanları idarə etmək bacarığına və çevik metodologiyalar sahəsində səriştəyə malik olmalıdır.

Telegram kanalımız