Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)

Neftçala

Neftçala Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təhsil, mədəniyyət və incəsənətin, bədən tərbiyəsi və idmanın inkişafı,  əhalinin sağlamlığının, eləcə də ailə institutunun qorunması, gender bərabərliyi, uşaqlar və gənclərlə bağlı dövlət siyasətinin yerlərdə həyata keçirilməsində iştirak edir; 
  • Təhsil, səhiyyə, mədəniyyət, turizm, bədən tərbiyəsi və idman sahəsini, eləcə də ictimai-siyasi durumu təhlil edir və inkişafını  proqnozlaşdırır;
  • Təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və idman, turizm və digər sahədə fəaliyyət göstərən qurumlar, habelə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və media subyektləri ilə qarşılıqlı fəaliyyəti təşkil edir;
  • Şöbənin səlahiyyətlərinə aid məsələlərlə bağlı ictimai təşkilatların, siyasi partiyaların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələrinin qəbulunu təşkil edir;
  • İctimai-siyasi və humanitar vəziyyət barədə məlumatları toplayır və təhlil edir, mövcud tendensiyaları müəyyənləşdirir;
  • Təhsil, səhiyyə və mədəniyyət, turizm, bədən tərbiyəsi və idman sahəsinin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların həyata keçirilməsində iştirak edir;
  • İcra hakimiyyətinin fəaliyyətinin mediada işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işini təşkil edir;
  • Keçirilən tədbirlərdə media ilə işi təşkil edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə məlumatların rəsmi internet resursunda və sosial şəbəkə səhifələrində yerləşdirilməsi və mütəmadi yenilənməsi məqsədi ilə aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Müvafiq ərazidə informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması məqsədilə müvafiq tədbirlər görür;
  • Müvafiq ərazinin sosial-iqtisadi inkişafının təşviqinə dair kütləvi informasiya vasitələrinin proqram və layihələrinin həyata keçirilməsi məqsədilə müvafiq tədbir görür;
  • Müxtəlif qurumlarla bağlı məsələlərin qanunamüvafiq qaydada həllini təmin edir, davamlı görüşlər təşkil edərək yaranmış problemlərlə bağlı rəhbərliyə məlumat verir;
  • Müvafiq qurumlar tərəfindən qeydiyyata alınmış ictimai təşkilatlar, birliklər, qeyri-hökumət təşkilatları və siyasi partiyaların yerli bölmələrinin fəaliyyəti ilə bağlı məsələləri nəzarətdə saxlayır;
  • Seçki kampaniyaları dövründə qanunla yerli icra orqanlarının üzərinə düşən vəzifələri səlahiyyətləri daxilində yerinə yetirir;
  • Sakinlərinin asudə vaxtının təşkili və mədəniyyət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi üçün şərait yaradılmasını təmin edir;
  • Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində təbliğat işini təşkil edir;
  • İdman yarışları, turnirlər, idman bayramları və digər idman-sağlamlıq tədbirlərinin təşkilində iştirak edir;
  • İctimai, siyasi, kütləvi tədbirlərin, ideoloji-sosial sorğuların keçirilməsini təmin edir;
  • Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, siyasi partiyaların, ictimai birliklərin yerli bölmələrində müvafiq siyasi-ideoloji işin aparılmasını təşkil edir, onların rəhbərlərinin fəaliyyətinin monitorinqinin aparılmasında iştirak edir;
  • Vətəndaşların təhsil hüquqlarının həyata keçirilməsi istiqamətində müvafiq tədbir görür;
  • Təhsil müəssisələrinin işini əlaqələndirir, əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirir;
  • Tarix və mədəni abidələrin siyahıya alınması və qorunması istiqamətində aidiyyəti qurumlarla birgə  işləri təşkil edir;
  • Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirakının təmin edilməsi üzrə aidiyyəti dövlət qurumları ilə birgə işləri təşkil edir;
  •  Müvafiq ərazinin sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin təltif edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir;
  • Narkomaniya və digər zərərli vərdişlərə qarşı bu sahədə mütəxəsisslərin iştirakı ilə profilaktik təbdirləri təşkil edir;
  • Fəaliyyət sahəsinə uyğun olaraq müvafiq ərazidə daimi maarifləndirici tədbirlər həyata keçirir;
  •   Şöbənin iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
  •    Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasında iştirak edir;
  • Şöbəyə daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
  • Şöbədə kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.


ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.


ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, təhsil ixtisasları qrupu, mədəniyyət və incəsənət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;


Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.



Telegram kanalımız