Böyük məsləhətçi (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi)

Qobustan

Qobustan Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aidiyyəti qurumlarla, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə müvafiq ərazidə sosial-iqtisadi vəziyyəti təhlil edir və inkişaf meyillərinin müəyyənləşdirilməsində iştirak edir;
  • Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması sahəsində əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənir və ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır; 
  • Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının hazırlanmasına dair təkliflər verir;
  • Ölkənin makroiqtisadi göstəricilərinin təhlili əsasında aidiyyəti qurumlarla birlikdə inzibati-ərazi vahidi üzrə sosial-iqtisadi potensialı müəyyənləşdirir, onları səciyyələndirən göstəricilər sistemini hazırlayır, iqtisadi artım tempinin dəyişməsinə təsir edən amilləri müəyyən edən hesablamalar aparır,  habelə  iqtisadi proqnozlaşdırma  üsullarını müəyyən edir;
  • İqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, əmək ehtiyatları və əhalinin gəlirləri barədə məlumatları təhlil edir;
  • Müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirir;
  • Hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu, ərazinin investisiya cəlbediciliyinin artırılması istiqamətində  müvafiq tədbirlər görür;
  • Müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşdırılmasında iştirak edir;
  •  Müvafiq ərazinin sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
  • Dövlət büdcəsinin formalaşmasına, zərurət yarandıqda, büdcədə müvafiq dəyişikliklər edilməsinə dair təkliflər hazırlanmasında iştirak edir;
  • Sosial məsələlərə aid analitik materiallar hazırlayır, sosial sahənin perspektiv istiqamətlərinə və inkişafın əsas prioritetlərinə dair təkliflər verir;
  • Müvafiq ərazidə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
  • İstehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplayır;
  • Müvafiq ərazidə əhali tərəfindən istehlak edilən mal və məhsulların keyfiyyətinə nəzarət işini və saxta məhsulların istehsalı və satışının qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirir;
  •  Aqrar bölmənin inkişafını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsində aidiyyəti qurumlara səlahiyyəti daxilində köməklik göstərir;
  • Kənd təsərrüfatı məhsullarının istehsalında, satışında istehsalçılara köməklik göstərir və sakinlərin kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;
  • Müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir;
  • Müvafiq ərazidə rəqabətin və bazar iqtisadiyyatının inkişafına, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına köməklik göstərir;
  •  Müəyyən edilməmiş yerlərdəki ticarət və xidmət fəaliyyətinin ləğv edilməsi və bu sahədə pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırır;  
  • Müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisi və təmiri məqsədilə təkliflər verir;
  • Müvafiq ərazidə dövlət mənzil fondunun və qeyri-yaşayış sahələrinin saxlanması və idarə olunmasına,  yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması və işıqlandırılması işinin təşkilinə nəzarət edir;
  • Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari va əsaslı təmirinə nəzarət edir;
  • Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarət edir;
  • Şöbənin iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri  vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
  • Şöbəyə daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
  • Şöbədə kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət:29.05.2024 18:00

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, sosial iş ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1 və ya İngilis dili-A1;


Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

Telegram kanalımız