Daşınmaz əmlak şöbəsinin təhlilçisi (İnvestisiya departamenti)

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Excel proqramından istifadə etməklə pul vəsaitlərinin hərəkətinin təhlili, bazar yanaşması və xərclərin qiymətləndirilməsi metodları üçün maliyyə modellərinin hazırlanması;
  • Qiymətləndirməni təyin etmək üçün bir çox pul vəsaitlərinin hərəkəti modelləri və parametrləri əsasında ssenarilərin hazırlanması;
  • Pul axını proqnozlarının yaradılması;
  • Ətraflı maliyyə modellərinin qurulması, saxlanması və təhlillərin inkişaf etdirilməsi;
  • Təklif olunan investisiya üzrə tam maliyyə modelləşdirilməsi və təhlilinin aparılması;
  • İnvestisiya gəlirlərinin təhlilinin aparılması;
  • İnvestisiyanın təhlili prosesinə köməkliyin göstərilməsi;
  • Daşınmaz əmlak tendensiyalarının izlənməsi və hesabatın hazırlanması;
  • Qəbul edilmiş müvafiq yanaşmalar və nəzəriyyələrdən istifadə edərək beynəlxalq daşınmaz əmlak bazarı təhlilinin həyata keçirilməsi;
  • Bazar və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq;
  • Bazar / iqtisadi tendensiyalar və proqnozlar haqqında analitik məlumatların təqdim edilməsi;
  • Təhlil nəticələrinin dəqiq və qısa xülasə şəklində təqdim edilməsi;
  • Rüblük daşınmaz əmlak bazarı hesabatlarının hazırlanması;
  • Hesabat məlumat bazası və fəaliyyətlərinin yenilənməsi və saxlanması.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
  • Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri azruolunandır.
  • Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.
  • Peşəkar səriştələr: Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarından mükəmməl istifadə qabiliyyəti;
  • Peşakar yazı, hesabat vermə bacarığı, təqdimat qabiliyyəti;
  • Analitik düşüncə, araşdırma, qərarvermə və təhlil qabiliyyəti;
  • Davranışla bağlı səriştələr: komanda yönümlülük, effektiv danışıq aparma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlılıq, yaradıcı düşünmə, nəticə yönümlülük;
  • İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.


Bildiririk ki, namizədlər ilkin CV yoxlanışından keçəcəklər. Tərəfimizdən YALNIZ seçilmiş namizədlər ilə telefon əlaqəsi yaradılaraq növbəti seçim mərhələsi üçün dəvət olunacaqlar.

Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini aşağıdakı link üzərindən göndərmələri xahiş olunur.

Telegram kanalımız