Enerji layihələri departamentinin aparıcı iqtisadçısı

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) və Strateji Layihələr üçün layihə və maliyyə hesabatları ve modellərini təhlil etmək, iqtisadi göstəriciləri yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
  • HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi şəkildə müəyyən edilməsi, təhlil və üzləşdirilmənin (cross-check) həyata keçirilməsi, müvafiq arayışların hazırlanması və Müqavilə Şərtlərinə uyğun tədbirlərin görülməsi;
  • HPBS və Strateji Layihələr üçün vahid proqnozlaşdırma sistemlərinin yaradılması, icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
  • Maliyyə hesabatlarının (İFRS) peşəkar təhlili və rəylərin hazırlanması;
  • Bonus və Akrhesabı ödənişlərinin formalaşması ilə əlaqəli təhlillərin aparılması və standart analitik arayışların hazırlanması;
  • Hasilatın proqnoz və faktiki icrası ilə əlaqəli təhlillərin aparılması;
  • Beynəlxalq boru kəmərləri ilə nəql olunan Dövlətin payının karbohidrəgenlər üçün mütəmadi olaraq müəyyən edilməsi, təhlil və satılmış həcmlər ilə üzləşdirilmənin (cross-check) həyata keçirilməsi;
  • HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın analitik təhlili və hasilat üçün standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması;
  • Dövlətin payına düşən karbohidrogenlər üçün satış partiyaları ilə əlaqəli xərclərin müvafiq Müqavilə Şərtləri ilə təhlili və daxili sistemlərdə işlənməsi;
  • HPBS üçün sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
  • Platts platforması üzərində proqnoz qiymətlər ilə əlaqəli analizlərin aparılması və aidiyyəti istiqamətlərdə tətbiq edilməsi;
  • HPBS -lər üçün İllik iş proqramının və büdcənin və onun icrasının təhlilinin aparılması və daxili sistemlərdə işlənilməsi, təsdiqi prosesində Dövləti təmsil etmək;
  • Layihələr üçün İllik büdcənin təhlili və qərar üçün təhlil nəticələrinin təqdim edilməsi;
  • ERP sisteminin yaradılması və tətbiq edilməsi;
  • HPBS və Strateji Layihələr üçün Müşahidə Şuraları və Ümumi yığıncаqlаrda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün təhlil nəticələrinin təqdim edilməsi;
  • Layihələrin ilkin və investisiya dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Strateji layihələr üçün gəlirlərin geri qaytarılma mexanizminin təhlili;
  • Departamentin fəaliyyətinə aid əlavə xüsusi işlərin icrası.

Xüsusi tələblər

  • MS Ofis Proqramları üzrə yüksək səviyyədə bilik tələb olunur. MS Excell üzrə peşəkar səviyyədə bilik tələb olunur.
  • İqtisadiyyat, Maliyyə, mühasibatlıq üzrə ali təhsil (neft və qaz sənayesi iqtisadiyyatı və layihələrin idarəedilməsi üzrə ixtisaslaşma);
  • CFA, ACCA ixtisaslaşma arzuolunandır.
  • Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur.
  • Bu sahə üzrə 3-5 il təcrübəyə üstünlük verilir.

Telegram kanalımız