Son İstifadəçi Testi Mütəxəssisi / İnformasiya Texnologiyaları (Ştatdankənar)

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes Tələblərinə dair sənədləri nəzərdən keçirmək
  • Tələblərin İzlənməsi Sxemi üzrə test nümunələri/istifadə halları ( qeyri-texniki) hazırlamaq
  • Son İstifadəçi testlərini icra etmək və nəticələri test hesabatında qeyd etmək.
  • Uğursuz hallarla bağlı testin yenidən işlənməsi ssenariləri (fəaliyyət planı) hazırlamaq
  • Mövcud məhsul və ya xidmət dəyişiklikləri zamanı reqressiya testini həyata keçirmək
  • Test nəticələrini Layihə/Məhsul Sahibinə təqdim etmək
  • Lazım gəldikdə mobil tətbiq testlərini həyata keçirmək
  • Azercell Biznes və Məhsul İdarəetmə komandaları ilə əməkdaşlıq etmək

Xüsusi tələblər

  • Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və/yaxud iştirak etdiyi və yerinə yetirdiyi müvafiq texniki təlimlər üzrə rəsmi sertifikatlar və/yaxud ekvivalent olaraq istənilən İT sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi
  • Azərbaycan dili – Professional səviyyə
  • İngilis dili – Yuxarı səviyyə – peşəkar iş səviyyəsi
  • Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək və vaxtı idarə etməklə yanaşı təşkilatçılıq bacarığı
  • Güclü analitik təhliletmə bacarığı
  • Əla ünsiyyət və danışıqlar aparmaq bacarıqları ilə yanaşı müştəri tələblərini anlamaq bacarığı
  • Biznes tələblərini test nümunələrində əks etdirmək bacarığı.
  • Son icra tarixinə uyğun işləmək bacarığı
  • Məlumat sorğusu ilə işləyə bilənlərə üstünlük verilir
  • Mobil OSS ilə işləmək bacarığı
  • MS ofis proqramları ilə işləmək bacarığı;
  • Test prosesi, metodologiyalar və planlaşdırma üzrə bilik
  • Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları
  • Davamlı Öyrənmək istəyi
  • Çevik düşüncə tərzi
  • "Ən yaxşı müştəri təcrübəsi" nümayiş etdirmək istəyi
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Açıq fikirli və pozitiv münasibət;
  • Qərarvermə qabiliyyəti.


Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə 


Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.

Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Oxşar vakansiyalar

Telegram kanalımız