Risklərin idarə edilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsinin təhlilçisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnvestisiya portfelinin gəlirliliyinin ölçülməsi və gəlirlilik nəticələrinin analitik təhlilinin aparılması;
  • Maliyyə risklərinin ölçülməsi, təhlili və həmçinin mövcud risk büdcəsinin tələbləri çərçivəsində idarə edilməsinə nəzarət;
  • Vəsaitlərin strateji bölüşdürməsi mülahizələrinin verilməsi məqsədilə iqtisadi göstəricilərin, geosiyasi hadisələrin və qlobal bazar şəraitinin təhlili;
  • Gözlənilən bazar risklərindən qorunmaq məqsədilə müxtəlif ssenarilər üzrə risk modellərinin hazırlanması və stress-testlərinin həyata keçirilməsi;
  • Mütəmadi əsasda hesabatların hazırlanması.


Xüsusi tələblər

  • Risklərin təhlili və qiymətləndirilməsi, gəlirliliyin ölçülməsi üzrə modellərin qurulması və istifadəsi üzrə bacarıqlar;
  • Strateji qərarların verilməsi məqsədilə maliyyə təhlillərinin aparılması və data analitika bacarıqları;
  • Ənənəvi və alternativ maliyyə alətləri üzrə biliklər;
  • Güclü problem həll etmə, analitik düşünmə və tədqiqat bacarıqları.
  • Maliyyə, İqtisdiyyat və ya Riyaziyyat sahəsi üzrə ali təhsil;
  • Statistika və Ekonometrika üzrə biliklər;
  • Proqramlaşdırma bacarığı, maliyyə və statistik təhlil məqsədləri üçün proqram paketlərindən istifadə vərdişlərinin olması (Python, SQL, VBA, Matlab və s.);
  • FRM və ya CFA sahəsində nailiyyətlər arzu olunandır.
  • Azərbaycan və İngilis dillərini səlis səviyyədə bilmək tələb olunur.

Telegram kanalımız