Yay təcrübə proqramı

Bakı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi
Təcrübə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edilir.


Təcrübə proqramının üstünlükləri:

• Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
• Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
• Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
• Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;

Xüsusi tələblər

• Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində kompüter elmləri, informasiya texnologiyaları, radiotexnika və telekommunikasiya mühəndisliyi, kommunikasiya sistemləri, kompüter mühəndisliyi, iqtisadiyyatın dövlət tənzimlənməsi və ya idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
• Cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
• Yüksək səviyyədə ingilis dili biliyi
• Rus dili biliyi arzu olunandır;
• Microsoft Office” proqramları ilə işləmə bacarığı (Word, Excel və.s)
• Yeniliklərə açıq, öyrənməyə həvəsli;
• Yüksək kommunikasiya bacarığı, komanda işi, analitik bacarıqlar;
• Kreativ və innovativ düşüncəli olmalı;


Proqramda iştirak etmək üçün seçim mərhələləri:

• Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;
• Müsahibə:
Tanışlıq xarakterli suallar (Ice Breaker)
Texniki suallar (Technical)
Səriştənin dəyərləndirilməsinə dair suallar (Competency-based)
• Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
• Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;


Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 06 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək həyata keçiriləcək.

Yay təcrübə proqramının müddəti 28 iyun 2024-cü il tarixindən 28 avqust 2024-cü il tarixinədək davam edəcək.

Seçimlərdən uğurla keçən namizədlər iki ay boyunca (28 iyun-28 avqust) keçiriləcək proqram çərçivəsində siz maraqlı layihələrdə iştirak edərək real təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, ən əsası isə İKTA-da işlə təmin olunma şansını əldə edəcəklər!

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Maraqlanan namizədlər öz CV-lərinin mövzu hissəsinə “Yay Təcrübə Proqramı” yazaraq tələbə biletini və akademik transkripti mütləq qaydada fayl şəklində əlavə edərək [email protected] ünvanına göndərə bilərlər.

Müraciətləri qəbul edilən namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcəkdir.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız