Büdcə hesabatlılıq və maliyyə nəzarəti üzrə şöbə müdiri

Bakı

ATS Food

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması və təqdim olunması;
  • Şirkət rəhbərliyinə, habelə digər departamentlərə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər departamentlər tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılması;
  • Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
  • Büdcələmə və planlama prosesinin koordinasiyası və büdcənin icrasına aylıq nəzarət;
  • Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
  • Kənar audit yoxlama prosesinin koordinasiyası;
  • Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;
  • Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması;
  • Şöbənin strukturunu, funksiyalarını, öhdəliklərini təklif etmək
  • Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
  • Tabeçilikdə olan işçilərin prosedurlara riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək
  • Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq
  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və ümumi rəhbərlik edilməsi.

Telegram kanalımız