Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, böyük məsləhətçi - mühəndis

Gədəbəy

Gədəbəy Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasında, normativ sənədlərə rəy verilməsində, yerli səviyyədə normativ tənzimləmənin həyata keçirilməsində iştirak edir;
  • Müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
  • Müvafiq sahədə qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlər keçirir və normativ sənədlərin tələblərinin pozulması ilə bağli faktları araşdırır;
  • Planlaşdırma sxemlərinin və layihələrinin, yaşayış məntəqələrinin baş planlarının, ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələri) hazırlanmasında iştirak edir;
  • Tikintiyə icazə sənədlərinin hazırlanmasını, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılmasını, cavablandırılmasını və icrasını təmin edir;
  • Bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını həyata keçirir;
  • Müvafiq ərazidə məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə, tikintisinə icazə verilən obyektlərə dair məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işləri həyata keçirir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, habelə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması  ilə bağlı qərar qəbul edilməsi üçün rəy hazırlayır;  
  • Tikinti, memarlıq sahələrindəki fəaliyyətin təşkili məsələlərinə aid komissiyaların iclaslarını təşkil edir;
  • Dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarətin həyata keçirilməsində, həmçinin bununla bağlı müvafiq proqramların hazırlanmasında iştirak edir;
  • Müvafiq ərazidə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
  • Ərazidə milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii–mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görür;
  • Ərazidə aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik  gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun qorunmasına nəzarət edir;
  • Məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olmasını nəzərə almaqla, onların inkişaf istiqamətlərini və memarlıq planlaşdırma strukturlarını müvafiq orqanlarla  birlikdə müəyyən edir;
  • Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə adların verilməsi və dəyişdirilməsi,  ilə bağlı müvafiq işləri yerinə yetirir;
  • Şöbənin iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri  vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
  • Şöbədə kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.


ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.


ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: materialşünaslıq mühəndisliyi, memarlıq, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi , geodeziya və xəritəçilik mühəndisliyi , şəhərsalma, yer quruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, AutoDESK - AutoCAD, GraphiSoft- ArchiCAD, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1 və ya İngilis dili-A1


Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Telegram kanalımız