Senior Accountant

Bakı

Global Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
  • İstehsal, xidmət, ticarət və s kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
  • İstənilən əməliyyatın mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
  • Pul vəsaitlərinin hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
  • Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.
  • İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00)
  • Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A).

Xüsusi tələblər

  • İqtisadi təhsil;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • 1C, Excell proqramları bilikləri;
  • Analitik düşüncə, təşəbbüskarlıq, intensivlik;
Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız