Qaz təsərrüfatının nəzarətçisi (Ağcabədi rayonu, Təbii qazın qəbulu və satışı xidməti)

Ağcabədi

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Xidmət göstərdiyi ərazidə müayinə aktlarının müayinə və texniki xidmət məlumatları reyestrinə daxil edilməsi üçün müvafiq qaydada aidiyyəti üzrə təqdim etmək;
• Qanunsuz qoşulma halları aşkar edildikdə, dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın təchizatını dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etmək və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi üçün xidmət sahəsinə təqdim etmək;
• Rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi halların aşkar edilməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatı təqdim etmək;
• Qanunsuz qoşulma halları aşkar edildikdə, müayinə aktında qeyd edilməklə bu barədə akt tərtib etmək, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq və bu barədə aidiyyəti üzrə xidmət sahəsinə məlumatı təqdim etmək;
• Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, müayinə aktında qeyd edilməklə bu barədə akt tərtib etmək və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsinin isə aidiyyəti üzrə xidmət sahəsinə təqdim etmək;
• Qəza təhlükəsi olduqda qəza xidməti hadisə yerinə gələnədək lazımi təhlükəsizlik tədbirləri görmək;
• Xidmət göstərdiyi ərazidə təbii qazdan səmərəli istifadə etmək məqsədilə qaz itkisinə yol verilməməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, həmçinin sanitariya-gigiyena və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Xüsusi tələblər

• Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
• Qazdan istifadə Qaydalarını;
• Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
• Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
• Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;
• Qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki təhlükəsizlik qaydalarını;
• Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
• Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;
• Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;
• Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
• Sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini;
•   Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
• Qüvvədə olan tarifləri və abonentlərlə hesablaşma qaydasını;
• Sayğac göstəricilərini qeydə alan əl terminalları, planşetlər, qaz açarları, kəlbətin, burğac, ara qatı, yağlı kəndir, manometr, qaz analizatoru, köpüklü su və bu kimi vasitələrdən düzgün istifadə qaydalarını;
• Görülən işlərin texnoloji prosesini;
• Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
• İstifadə edilən alət və inventarları;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
•  Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 550 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız