Hündürlükdə qumlayıcı-rəngsaz

Sumqayıt

Qartal Tikinti Firması

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın qumlama  və boyama işləri yerinə yetiriləcək;
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların qumla  təmizləmə  və  boyama işlərini yerinə  yetirəcəkdir;
  • İş saatı 08:00-18:00-dək;
  • İstirahət günü - Bazar günləri; Normadan  əlavə  iş saatlarının  dəyəri  ödəniləcəkdir.
  • İş yerinə  və  geriyə  daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə  yerinə  yetiriləcəkdir.
  • İşlədiyi  yerdə firma  tərəfindən  naharla  təmin ediləcəkdir;
  • Dənizdə  işləyən zaman,  platformada  gecələmək üçün  otaq  ayrılacaqdır və səhər, günorta  və axşam  yeməyi təmin ediləcəkdir.


Xüsusi tələblər

  • Müasir  qumlama aparatı və rəngləmə  aparatları ilə işləməyi  bacarmalıdır. O cümlədən: Elektriklə işləyən 10 atmosfer gücündə olan ATV 55 hava kompressoru Türkiyə istehsalı; ENDÜSTRİ-GM Qumlama aparatı, EGM - BP 100, Həcmi – 100 litr, maksimum işçi təzyiqi – 12 bar, hündüylüyü – 1 120 mm, diametri – 550 mm Türkiyə istehsalı; Boyanı çiləmək üçün qurğu – 3000PSİ (207 bar, 20.7 Mpa) ABŞ  istehsalı; GX Elektriklә işlәyәn havasız  boya çilәyici, Model GX 21 ABŞ  istehsalı;
  • Hündürlükdə və yer səviyyəsində metal  konstruksiyanı qum  şırnağı  ilə  təmizləməyi  bacarmalı, boya   zamanı  astar  boyasını, ara qat  boyanı  və son qat boyanın  rəngləmə  proseduruna  uyğun  yerinə  yetirməli. Qumla  təmizləmə  və  rəngləmə  işləri üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
  • Hündürlükdə rəngsaz  və  qumlayıcı işləmək üçün sertifikata  malik  olmalıdır. Əgər  sertifikatı  yoxdursa, Qartal Tikinti Firmasının  Təlim-Tədris Mərkəzində  müvafiq  kurs  keçdikdən sonra,  uyğun  nəticə  əldə edərsə, müvafiq  sertifikat  veriləcəkdir;
  • İşləri  təhlükəsiz  yerinə  yetirmək  üçün  hündürlükdə işləmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə  etməyi  bacarmalı, İş Proseduru  və Riski Dəyərləndirməni  başa  düşməli  və  tələbləri  həyata  keçirməlidir
  • Qumlama işləri aparılarkən Qartal TF-nın keyfiyyət tələblərinə uyğun olaraq metal səthlərin tələb olunan qumlama dərəcələrinə qədər təmizlənməsi işləri yerinə yetirməlidir; Səthin  təmizləməsinin keyfiyyətini  yoxlamaq  üçün  Elcometer 124 Thickness Gauge İngiltərə  istehsalı  test avadanlığından  istifadə etməyi  bacarmalıdır.
  • Boyama işlərini yerinə yetirərkən boya istehsalçısının tələbinə uyğun yerinə yetirməli, Boyama Prosedurunun tələblərinə  uyğun işini qurmalı, boyanın tipinə  uyğun  astar, aralıq və son qatının qalınlığını, məsələn İnternational boya  üçün  (800 mikron) astar qatı 40 mikron, ara qatı 740 mikron, son qat 65 mikron rəngləməyi bacarmaldır. Boyanın
  • qalınlığını ölçmәk üçün avadanlıq PosiTector 6000 RFS Probe  model ABŞ istehsalı  olan test  cihazından istifadə etməyi  bacarmalıdır.
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
  • Qurğularda rəngləmə texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
  • Hündürlükdə  işləri  yerinə  yetirmək üçün sağlamlıq  haqqında arayış  təqdim etməlidir.



CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində " Hündürlükdə qumlayıcı-rəngsaz " qeyd edərək müraciət edə bilərsiniz.

Əlaqə telefonu: +994 50 235 05 44         

Əlaqələndirici şəxs: Bəhramova Nuranə

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız