İnsan Resursları üzrə mütəxəssis

Sumqayıt

STP METAL STRUCTURES

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  AR qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s. əmrlərinin hazırlanması;
  • Əmək müqavilələrin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, elektron sisteminə daxil edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərin məzuniyyət uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Aylıq tabel və davamiyyətin uçotunu aparılması;
  • Yeni vakansiya üzrə elanların hazırlanması və axtarış kanallarında yerləşdirilməsi;
  • Daxil olan CV-in analiz edilməsi, uyğun namizədlərlə ilkin müsahibələrin aparılması, dəyərləndirilməsi və seçilməsi, keçirilmiş müsahibələrin qeydiyyatının aparılması;
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
  • Təlimlərin təşkilində iştirak etmək, məkanı, nahar fasiləsini rezerv etmək, təlim materialları hazırlamaq;
  • Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
  • KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsində dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsi.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
  • AR Əmək Məcəlləsini bilməli;
  • ƏMAS elektron sistemində işləmək bacarığı;
  • Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, dəqiqlik, detallara fikir vermə qabiliyyəti;


Tələblərə uyğun namizədlər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə İnsan Resursları üzrə mütəxəssis yazaraq göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Qaradağ

  • 800 - 900 AZN

Telegram kanalımız