Qarabağ regional bölmə, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru, sektor müdiri (1 yer)

Bərdə

Qida Təhlükəsizliyi Agentliyi
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fitosanitar nəzarəti sahəsində inzibati ərazi vahidində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və bölmə rəhbərinə təqdim etmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada fitosanitar nəzarəti obyektlərində illik planlara uyğun olaraq planlı və ya plandankənar yoxlamalar və digər dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsini və akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar hazırlamaq, bölmə rəhbərinə təqdim etmək və qəbul olunmuş qərarların icrası ilə bağlı tədbirləri həyata keçirmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə və icra vəziyyəti barədə hesabatın bölmə rəhbərinə təqdim edilməsini təmin etmək;
  • Fitosanitar nəzarətində olan karantin obyektlərində və bitki karantini nəzarətində olan materiallarda zərərli orqanizmlərin vaxtında aşkarlanaraq materialların təcrid edilməsi, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki, bitkiçilik məhsulları, pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin götürülməsi, saxlanması, zərərsizləşdirilməsi, təkrar emal və ya məhv edilməsi üçün icrası məcburi olan göstərişlərin icrasına rəhbərlik etmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Dövlət fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirməsini təşkil etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirləri həyata keçirmək;
  • Dövlət fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirləri həyata keçirmək;
  • Dövlət fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlər görmək;
  • Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin idxalı ilə bağlı rəy verilməsini təmin etmək;
  • Fitosanitar nəzarətində olan yüklərin ölkə daxilində hərəkəti üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;
  • Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida məhsullarının geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilmiş qərarın icrasına nəzarəti həyata keçirmək;
  • İnzibati ərazi vahidində qida zənciri obyektlərində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, həmçinin fitosanitariya ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış fitosanitar preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarəti həyata keçirmək;
  • Karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin bölmənin əhatə etdiyi inzibati ərazi vahidinə daxil olmasının və ya yayılmasının qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini təşkil etmək;
  • Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxalına və ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yem məhsullarında və torpaqda qalıq miqdarına nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və laboratoriya ekspertizasının aparılması işinə rəhbərlik etmək;
  • İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının və təsdiqinin ləğvi ilə bağlı bölmə rəhbərinə təkliflər vermək;
  • Bölmə rəhbərinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Bölmə rəhbəri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün bölmə rəhbərinə təqdimatlar vermək;
  • Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların bölməyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirilməsinə nəzarət etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: su bioehtiyatları və akvabitkilər, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, ekologiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-A2;


Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Oxşar vakansiyalar

Telegram kanalımız