Baş məsləhətçi (Qida təhlükəsizliyinə nəzarət sektoru)

Qarabağ

Qida Təhlükəsizliyi Agentliyi
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qida təhlükəsizliyi sahəsində inzibati ərazi vahidində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində illik planlara uyğun olaraq planlı və ya plandankənar yoxlamalar və digər dövlət nəzarəti tədbirlərində iştirak etmək;
  • Yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada qida məhsullarının minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində iştirak etmək və akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini izləmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün verilən göstərişlərin yerinə yetirilməsinə nəzarət etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Qida zənciri subyektlərindən məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları tələb etmək;
  • Aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar layihələrini hazırlamaq, sektor müdirinə təqdim etmək və qəbul olunmuş qərarların icrası ilə bağlı tədbirlər həyata keçirmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Qida və yem məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirləri həyata keçirmək;
  • Qida və yem məhsullarının istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirləri həyata keçirmək;
  • Təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlərdə iştirak etmək;
  • Qida və yem məhsullarının ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilmiş qərarı icra etmək;
  • İnzibati ərazi vahidində qida zənciri obyektlərində  dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, həmçinin qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirləri həyata keçirmək;
  • Ölkəyə idxal olunan qida və yem məhsullarının ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını, o cümlədən qanuna uyğun olaraq genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasının inzibati ərazi vahidi üzrə yoxlanılmasında iştirak etmək;
  • qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə, habelə gigiyenik təlimlərə cəlb olunmalarına nəzarəti həyata keçirmək;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • İnzibati ərazi vahidində ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Genetik modifikasiya olunmuş orqanizmlərin, qida və yem məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsində iştirak etmək;
  • Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
  • Bioloji aktiv qida məhsullarının emalına, dövriyyəsinə, utilizasiyasına və məhv edilməsinə nəzarəti həyata keçirmək;
  • İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının və təsdiqinin ləğvi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət:29.05.2024 18:00

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, tibbi profilaktika, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , hüquqşünaslıq, zootexniklik, əczaçılıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-A2;


Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Telegram kanalımız