Daxili bazar üzrə satınalma mütəxəssisi

Bakı

Harvesso

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
  • Tələblər əsasında potensial mal təchizatçılarının daxili bazarda araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin təqdim edilməsi;
  • Təchizatçı siyahısının uyğun kateqoriyalar üzrə aylıq yenilənməsi;
  • Sifariş olunacaq malların keyfiyyət və texniki göstəricilərinin uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
  • Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması
  • Tələb olunan malların, xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış şifarişini (PO) tərtib etmək
  • Sifarişlərin təyin olunan vaxt çərçivəsində icrası, logistika və nəqliyyatla koordinasiyalı şəkildə proseslərin həyata keçirilməsi
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanmaq, onların düzgün daşınması və çatdırılması işini təşkil etmək, hər hansı bir maneə olarsa, rəhbərliyi məlumatlandırmaq;
  • Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması;
  • Satınalma ilə bağlı müxtəlif sərgi və konfranslarda iştirak etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-18:00;
  • İş yeri: Baki şəhəri, Gülarə Qədirbəyova 8a
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Xüsusi tələblər

  • Təhsil: Ali
  • Təcrübə: Müvafiq sahə üzrə 2 illik analoji iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
  • İT üzrə biliklər: Microsoft Office
  • Problemləri həll edə bilmə bacarığı və prosesləri davamlı olaraq təkminləşdirməyə yönümlü olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Komandada işləmə bacarığı
  • Bazar qiymətlərinin müqayisəli təhlil bacarığının olması
  • Satınalma, müqavilələrinin tərtibi, logistika prinsip və qaydaları və son istifadəçiyə qədər olan təchizat prossesləri haqqında məlumatlı olmaq
  • Tenderlər ilə işləmə, sənədləşmə və araşdırma bacarığı



Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili bazar üzrə satınalma mütəxəssisi” yazaraq [email protected] email ünvanına göndərilməsi xahiş olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız