Strateji kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bütün kommunikasiya platformaları və kanalları üzərindən Fondun məqsədləri ilə uyğunlaşan vahid kommunikasiya strategiyasını həyata keçirmək;
  • Daxili və xarici maraqlı tərəflərlə, o cümlədən investorlarla, dövlət qurumları, media orqanları və tərəfdaşlarla münasibətlər quraraq Fondun nüfuzunu və təsirini artırmaq;
  • Press-relizlər, məqalələr, çıxışlar, təqdimatlar və multimedia materialları daxil olmaqla, yüksək keyfiyyətli məzmun yaratmaq;
  • KİV ilə münasibətlərin saxlanması və dərinləşdirilməsinə dəstək vermək; sorğu və məktublara vaxtında və dəqiq cavab vermək;
  • Daxili və xarici kommunikasiya strategiyaları vasitəsilə maraqlı tərəfləri cəlb etmək və Fondun təşəbbüsləri və strateji prioritetləri haqqında məlumatlandırma səviyyəsini artırmaq;
  • Fondun investisiya strategiyaları, fəaliyyəti və portfelinin performansı haqqında məlumatlı olmaq; qlobal maliyyə bazarlarını, geosiyasi hadisələri və trendləri izləmək;
  • Fondun veb-saytınının məzmununu idarə etmək; Fondun illik hesabatlarını hazırlamaq;
  • Korporativ üsluba uyğun olaraq nəşrlər və brendinq materiallarının yaradılmasına dəstək vermək;
  • Fondun fəaliyyəti ilə bağlı tədbirlərin təşkilinə kömək etmək və ehtiyac olduğu halda tədbirlərdə çıxış etmək;
  • Struktur bölməsinin fəaliyyətinə daxil olan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Korporativ üsluba uyğun olaraq nəşrlər və brendinq materiallarının yaradılmasına dəstək vermək;
  • Fondun fəaliyyəti ilə bağlı tədbirlərin təşkilinə kömək etmək və ehtiyac olduğu halda tədbirlərdə çıxış etmək;
  • Struktur bölməsinin fəaliyyətinə daxil olan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Xüsusi tələblər

  • Kommunikasiya sahəsində ümumi prinsiplər, strategiyalar haqqında dərin məlumatın olması;
  • Kommunikasiya sahəsində yerli qanunvericiliklə tanışlıq;
  • Əla kommunikasiya bacarıqları, təqdimat, analitik düşüncə, problem həll etmə, MS Ofis proqramları və kommunikasiya alətləri üzrə zəruri bilik və kreativlik;
  • Planlaşdırma və təşkilatçılıq, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı, dizayn proqramında işləmə bacarığı.
  • Kommunikasiya, İctimaiyyətlə əlaqələr, jurnalistika, beynəlxalq münasibətlər və digər uyğun istiqamətlərdə ali təhsil;
  • Kommunikasiya, ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən az 3 il təcrübəyə malik olmaq. Maliyyə sahəsində olması arzuolunandır.
  • İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları.

Oxşar vakansiyalar

Telegram kanalımız