Fintek - Maliyyə Nəzarəti üzrə Aparıcı Mütəxəssis/Ekspert (senior/expert)

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının bağlanması proseslərinin koordinasiyasını təşkil etmək və birbaşa iştirak etmək.
  • Tənzimləyici orqanlar və auditorlar kimi daxili və xarici tərəfdaşlar üçün aylıq, rüblük və illik maliyyə hesabatlarını (BMHS maliyyə hesabatları, idarəetmə hesabatları, statistik məlumatlar və s.) hazırlamaq.
  • Maliyyə hesabatları, dəstəkləyici sənədlər və açıqlamaların düzgünlüyünü və tamlığını yoxlamaq.
  • Maliyyə hesabatlarının düzgünlüyünə bir daha əmin olmaq üçün həm maliyyə, həm də qeyri-maliyyə məlumatları arasında mümkün əlaqələrin təhlili vasitəsilə maliyyə məlumatlarını qiymətləndirərək analitik prosedurları yerinə yetirmək.
  • Müxtəlif sistem və qeydiyyat kitabçalarındakı maliyyə məlumatlarının uyğunluğunu və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək üçün hesabların müqayisəsini aparmaq.
  • Amortizasiya hesablamaları və aktivlərin xaric edilməsi daxil olmaqla, əsas vəsaitlərin reyestrini izləmək və idarə etmək.
  • Tələb olunduqda yeni mühasibat uçotu siyasəti və prosedurlarını işləyib hazırlamaq və saxlamaq və onların icrasına nəzarət etmək.
  • Şirkət aktivlərini qorumaq və maliyyə dələduzluğunun qarşısını almaq üçün daxili nəzarət prosedurlarını hazırlamaq, həyata keçirmək və nəzarət etmək. Maliyyə hesabatlarının verilməsi prosesi ilə bağlı daxili nəzarət mexanizminə riayət olunmasını təmin etmək.
  • Tələb olunan sənədləri, izahatları və müqayisələri təqdim etməklə, maliyyə yoxlamaları zamanı auditorlara dəstək göstərmək. Maliyyə yoxlamaları və təhlilləri asanlaşdırmaq üçün şirkətxarici auditorlar və daxili audit qrupları ilə əməkdaşlıq etmək.
  • Maliyyə hesabatları üzrə proqram təminatı və sistemlərə nəzarət etmək, məlumatların düzgünlüyünü və sistemin bütövlüyünü təmin etmək.
  • Mütəşəkkil və asanlıqla əldə edilə bilən maliyyə sənədləri və qeydlərini aparmaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları (maliyyə təhlili, məlumatların toplanması və s.) yerinə yetirmək.

Xüsusi tələblər

  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) üzrə bilik və təcrübə
  • Daxili nəzarət elementləri haqqında bilik və anlayış
  • Maliyyə və mühasibat proqramları üzrə praktiki təcrübə (SAP ERP təcrübəsinə üstünlük verilir)
  • Vizuallaşdırma mexanizmləri ilə bağlı təcrübəyə üstünlük verilir
  • Əla analitik və hesablama bacarıqları, dəqiqlik və detallara diqqət
  • Bütün səviyyələrdə ünsiyyət qurmaq və şəxslərarası kommunikasıya bacarığına malik olmaq
  • Müvafiq ixtisas üzrə minimum 3 il təcrübə.
  • Səlis Azərbaycan və orta İngilis dili biliyi.
  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
  • Peşəkar ixtisas üzrə təhsil (əsas səviyyə imtahanlarını tamamlamış şəxslərə üstünlük verilir).




Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 AZN dən

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız