Proqramçı (İnformasiya kommunikasiya texnologiyaları şöbəsi)

Bakı

Azərbaycan Texniki Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kitabxana İnformasiya Mərkəzinə aid veb-tətbiqləri və xidmətləri inkişaf etdirmək və səmərəliliyini təmin etmək;
  • Kitabxana idarəetmə sisteminin istifadəçi interfeyslərini inkişaf etdirmək;
  • Kitabxana İnformasiya Mərkəzinin xəbər bülletenini inkişaf etdirmək və dəyişiklikləri icra etmək;
  • Elektron jurnal platformasının veb interfeysində dizayn dəyişikliklərinin həyata keçirilməsi;
  • Rəqəmsal Repozitariyanın veb interfeysi ilə bağlı dizayn dəyişikliklərinin həyata keçirilməsi;
  • Kitabxana idarəetmə sistemini universitetin mövcud sistemlərinə inteqrasiya etmək;
  • Məlumatların təhlükəsizliyi və bütövlüyünü təmin etmək;
  • Bütün inkişaf etdirilən tətbiqlər və sistemlər üçün sənədlər yaratmaq və saxlamaq;
  • API-lər inkişaf etdirmək. 

Xüsusi tələblər

  • Komanda ilə və fərdi şəkildə işləmək bacarığı;
  • Müasir İT biliklərinin olması;
  • Rahatlıqla ünsiyyət qurmaq bacarığı, analitik və təşkilatçılıq bacarıqlarının olması;
  • Problemləri həlletmə bacarıqlarının olması;
  • Front-end proqramlaşdırma bacarıqları: JavaScript,  HTML, CSS; Sass, Vite.js, ReactJS, MaterialUI;
  • Back-end proqramlaşdırma bacarıqları: C#,  PHP (TPL),  ASP.net, Serilog;
  • Verilənlər bazası (Database) bacarıqları: MS SQL;  PostgreSQL;  MySQL;
  • RESTful və SOAP API-ləri üzrə bilik;
  • Versiya nəzarət sistemləri ilə təcrübə (məs: Git);
  • Veb təhlükəsizlik prinsiplərinin (məs: authentication və authorization) tətbiqi üzrə təcrübə. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət üçün son tarix: 30.06.2024

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
Telegram kanalımız