İncəsənət fakültəsi üzrə müəllim

Xankəndi

Qarabağ Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Qarabağ Universiteti pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; musiqişünaslıq, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyası elan edir.

• fənn sillabuslarının hazırlanması;
• rəqəmsal bacarıqların tətbiqi;
• elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc edilməsi;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
• tədris prosesindən əlavə, ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin hazırlanması;
• tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi.

Xüsusi tələblər

• magistr ali elmi-ixtisas dərəcəsinin olması;
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 3 il elmi-pedaqoji iş təcrübəsi;
• liderlik və idarəetmə bacarığı;
• tədqiqat bacarığı;
• tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə bacarığı;
• təlim prosesində süni intellektin imkanlarından istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış qaydaları və psixoloji işin təşkilinə dair biliklər.


Tələb olunan sənədlər:

  •  tərcümeyi-hal;
  •  ali təhsili təsdiq edən sənədlərin surəti;
  •  dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  •  müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış – maksimum 500 söz).


Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix: 7 iyul 2024-cü il

Elektron poçt ünvanı: [email protected]

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
Telegram kanalımız