"Müəssisənin texniki avadanlıqları barədə anlayış;
Müəssisənin cari fəaliyyətinə rəhbərlik etmək;
Müəssisənin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək;
Müəssisənin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təmin etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
Müəyyən olunmuş müddətlərdə Sahibkara hesabatlar vermək;
Müəssisənin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
Müəssisənin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
Müəssisə direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
Müəssisə işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
Müəssisənin maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edilməsinə dəstək olmaq;
İstixana kompleksinin bölmələri arasında iş bölgüsünü,tapşırıqların icra müddətlərini müəyyən etmək və icrasına ümumi nəzarəti həyata keçirmək;
İstixana Kompleksində keçirilən tədbirlərin təşkili, keçirilməsi prosesinə rəhbərlik etmək;
Xarici və yerli qonaqları şirkətin fəaliyyəti ilə tanış edə bilmək, istixananın ümumi fəaliyyəti barədə məlumat vermək;
İstixana bölmələri arasında təchizatla bağlı gündəlik ehtiyacların müəyyən edilməsi, alışının təmin edilməsi;
Xüsusi tələblər
Ali təhsil ( İqtisadi,idarəetmə sahəsində ali təhsilə üstünlük verilir)
Minimum 3 il istehsal sahəsi üzrə rəhbər təcrübəsi.
Rus dili və ingilis dili
Komandaya rəhbərlik etmək;
Məsuliyyətlilik.
Operativlik
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Direktor (Zirə)” və ya “Direktor (Sumqayıt)” qeyd etməyi unutmayın.