Aparıcı mütəxəssis (Təminat şöbəsi)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
• Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
• Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
• İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
• İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
• İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
• İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
• Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
• Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir

Xüsusi tələblər

• Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
• ixtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir)
• Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
• İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
• İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
• Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
• Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
• Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
• Azərbaycan dilində səlis və sərbəst Agentlik daxili və qurumlar arası məktub yazmaq bacarığı olmalıdır.


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Aparıcı mütəxəssis) qeyd edin. 


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 1200 - 1800 AZN

Premium
 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
Telegram kanalımız