Qiymətləndirmə üzrə aparıcı analitik/Senior Pricing Analyst

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məhsulun optimal şəkildə qiymətləndirilməsi və layihələndirilməsini həyata keçirmək üçün biznes məlumatları əsasında həssaslıq təhlili və maddi-texniki əsaslandırmanı təşkil etmək.
  • Rəqabətlilik və gəlirliliyi təmin etmək üçün məhsulun bazar tələbi və səmərəliliyi üzrə təhlil aparmaq.
  • Strateji qərarvermə proseslərini dəstəkləmək üçün qiymətləndirmə modelləri və məlumat panelləri yaratmaq və onları müntəzəm olaraq yeniləmək.
  • Bazar rəqabətliliyini qoruyub-saxlamaq və biznes məqsədlərinə nail olmaq üçün məhsul menecerlərinə mühüm dəyişikliklər barədə məsləhətlər vermək.
  • Rəqiblərin qiymət strategiyası və bazar tendensiyalarını izləmək və təhlil etmək üçün rəqiblər barədə araşdırma aparmaq.
  • Maliyyə planlarını dəstəkləmək üçün büdcələrin işlənib-hazırlanması və proqnozlaşdırma proseslərini təşkil və idarə etmək.
  • Şirkətin biznes hədəflərinin izlənilməsini və həyata keçirilməsini təmin etmək üçün əsas səmərəlilik göstəriciləri üzrə müntəzəm hesabatlar hazırlamaq və təqdim etmək.

Xüsusi tələblər

  • Analitika və hesabatların hazırlanması, qiymətlərin təhlil edilməsi, bazar araşdırması, rəqiblərin təhlili və ya oxşar sahələr üzrə minimum 5 il iş təcrübəsi.
  • İqtisadiyyat, statistika, maliyyə və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • Statistik təhlil alətlərində və proqramlarında (məsələn, "Excel", SQL, SAS, R, "Phyton") yüksək səviyyədə işləmək bacarığı.
  • Büdcələrin işlənib-hazırlanması, proqnozlaşdırma və maliyyə modellərinin qurulması üzrə təcrübə.
  • Mürəkkəb məlumatları şərh etmək və analitik məlumatları təqdim etmək qabiliyyəti ilə yanaşı güclü analitik bacarıqlar.
  • Əldə olunan məlumatları və təklifləri effektiv şəkildə təqdim etmək üçün yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları.
  • Biznes məlumatlarının təhlili ilə bağlı alət və proqramlarla (məsələn, "Tableau", "Power BI") tanışlıq
  • Çoxsaylı layihələri idarə etmək və müəyyən edilmiş müddət ərzində başa çatdırmaq qabiliyyəti ilə yanaşı güclü təşkilati (işgüzar) bacarıqlar.
  • Telekommunikasiya sahəsində bazar dinamikası, rəqabət mühiti və tendensiyalar barədə biliklər.
  • Qiymətləndirmə və ya bazar araşdırması üzrə sertifikatın (məsələn, Qiymətləndirmə üzrə mütəxəssis sertifikatı (CPP)) olması üstünlükdür.

Oxşar vakansiyalar

  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
Telegram kanalımız