Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
1C proqramında “Anbar” bölümünə aid bütün işlərin gündəlik yerinə yetirilməsi (yerdəyişmələr, inventarların uçotu, malların silinməsi, əsas vəsaitin uçotu, maya dəyərinin hesablanması və s.);
Smetalarla işləmək, Forma 2`lərin tərtibində yaxından köməklik etmək, smeta (BOQ) üzrə materialların həcmindən nəzərdə tutulandan artıq və ya əskik istifadəsinə nəzarət və kənarlaşmaların aktlaşdırılması;
Layihələr üzrə daxili anbar hesabatlarının verilməsi (aylıq, illik);
Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
Baş mühasibin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Xüsusi tələblər
Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
Microsoft Excel, Microsoft Word, 1C 8.3 mühasibatlıq kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.