İş qrafiki : həftənin 6 iş günü (bazar günü- istirahət günü)
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqların təmirini növbələşdirir
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak edir
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir
Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq
İqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını
Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını
Tabeçiliyində olan işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir.
Xüsusi tələblər
Avtomobillərə və texnikalara texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını və təşkilini bilməlidir
Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək)
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli