Operator Vəzifəsi üzrə Təcrübə Proqramı

Bakı

"Aznet Technologies" QSC
Təcrübə
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın təsviri

Aznet Technologies QSC - Operator Vəzifəsi üzrə Təcrübə Proqramı

"Aznet Technologies" QSC Operator vəzifəsi üzrə Təcrübə Proqramını elan edir. Telekommunikasiya sahəsində uğurlu karyera qurmaq istəyən və peşəkar mühitdə təcrübə qazanmaq istəyən gəncləri bu proqramda iştirak etməyə dəvət edirik. Proqramı uğurla başa vuran iştirakçılara Sertifikat təqdim edilir, ən yaxşı namizədlərə isə müvafiq sahədə iş təklifi imkanı yaradılır.

Təcrübə proqramı nələri təklif edir?

  • On-the-job training: Peşəkar iş mühitində çalışaraq biliklərinizi artırmaq və real iş təcrübəsi qazanmaq.
  • Karyera fürsəti: Gələcəkdə Aznet Technologies QSC-də iş imkanları.
  • Sertifikat: Təcrübə proqramında iştirakınıza dair rəsmi Sertifikat.
  • Şəbəkələşmə: Telekommunikasiya sahəsində əlaqələr qurmaq imkanı.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətlərinə müraciət edən müştərilərə operativ şəkildə informasiya dəstəyi göstərmək.
  • Müvafiq əməliyyat və proseslərdə iştirak edərək müştəri sorğularının həllində dəstək olmaq.

Təcrübə haqqında məlumat:

  • Müddət: İş saatları razılaşma əsasında təyin ediləcək.
  • Ödəniş: Təcrübə proqramı ödənişsizdir.
  • Bu təcrübə proqramı sizə Aznet Technologies QSC-də gələcək karyeranızı qurmaq üçün ilk addımı atmağa imkan verəcəkdir!

Xüsusi tələblər

  • Yüksək ünsiyyət bacarığı: Müştərilərlə səmərəli və peşəkar ünsiyyət qurma bacarığı.
  • Proaktiv yanaşma: Aktivlik, operativlik və problemləri tez həll etmə qabiliyyəti.
  • Texniki biliklər: MS Word, MS Excel, MS PowerPoint proqramlarına hakim olmaq.
  • Dil bilikləri: Səlis Azərbaycan dili biliyi, Rus dili bilikləri arzuolunandır, İngilis dili isə üstünlükdür.
  • Peşəkar davranış: Gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi və komanda ilə işləmək qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Yevlax

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız