Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək;
Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək;
Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası;
Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
API Spec Q1, ISO 9001, ISO 14001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq;
Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması;
Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq;
Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək;
Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək
Təhlükəsizliyə aid bütün proqramların/prosedurların və sistemlərin bütün şöbə və podratçı bölmələrdə həyata keçirilməsini təmin etmək;
Uyğunluğun təmin edilməsində birbaşa rəhbərə dəstək olmaq və biznes əməliyyatları sahələrində müntəzəm SƏTƏM auditini həyata keçirmək;
Şirkətin şöbə və podratçı bölmələr üzrə bütün işçiləri əhatə edən təhlükəli iş təcrübələrini düzəltmək üçün sistemləri əlaqələndirmək və tətbiq etmək;
Sağlamlıq və Əməyin təhlükəsizliyi qanunvericiliyi, uyğunluq məsələləri ilə birgə tətbiq edilən təşkilatı siyasət və təcrübələr ilə bağlı məsləhət və təlimat verməkdə dəstək göstərmək;
Müştəriyönümlülük;
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
Bütövlük;
Yenilikçilik.
Xüsusi tələblər
Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili;
SƏTƏM sahəsində 1 il iş təcrübəsi;
Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq;
ISO 45001; ISO 9001; ISO 14001 standartları haqda biliklər;
Ən azı orta səviyyədə ingilis dili biliyi;
NVQ diplom, NEBOSH sertifikatının olması üstünlükdür.