Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək;
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək;
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək;
İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur;
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur;
İşçi illik check up paketi ilə təmin olunur
Xüsusi tələblər
Ali hüquq təhsili olmalı;
Korporativ hüquq sahəsi üzrə ən az 3 il iş təcrübəsinə malik olmalı;
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
Əmək Qanunvericiliyini yüksək səviyyədə bilməli;
Elektron Sənəd Dövriyyəsi ilə işləmək bacarıqları;
Layihə yönümlü iş mühitində təcrübə və layihələrlə bağlı mərhələli hüquqi rəy vermək təcrübəsi;
Elektron Hökumət və elektron idarəetməyə aid dövlətdaxili və beynəlxalq qanunvericiliklə bağlı biliklər/təcrübə;
Tibb Hüququ Sahəsində biliklər: Tibb sahəsində spesifik tibb qanunları ilə tanışlıq;
Tədqiqat və Analiz Bacarıqları: Hüquqi tədqiqat və məlumat analizi üzrə bacarıqlar.