Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
Tülallar sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynəlxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər vermək;
Səlahiyyətləri çərçivəsində istehsalat və struktur bölmələrin fəaliyyəti zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət olunmasında iştirak etmək;
Tülallar sahəsində fəaliyyət göstərən podratçı şirkətlərinin aidiyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işləri yerinə yetirilməsində iştirak etmək;
Tülallar sahəsində formalaşan təhlükəli, sənaye və məişət tullantıları üzrə müvafiq məlumatların toplanması, o cümlədən tullantıların idarə olunması üzrə müvafiq işlərin görülməsinin təşkilində iştirak etmək;
Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğuların dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fıziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarət üzrə işlərdə iştirak etmək;
Səlahiyyətləri çərçivəsində Cəmiyyətin fəaliyyəti ilə bağlı olan ekoloji aspektlərin əhəmiyyətinin qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasında iştirak etmək;
Xüsusi tələblər
Microsoft Office proqramları, ümumi komputer bilikləri;
Əməkdaşlıq, Məsuliyyətlilik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik.