Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri (Sumqayıt/ Gilan Tekstil Park)

Sumqayıt

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Beynəlxalq və yerli keyfiyyət standartlarının tətbiqini təmin etmək.
  • İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək.
  • Keyfiyyətə nəzarət işini planlaşdırmaq və keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq.
  • Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq.
  • Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək.
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurları təmin etmək.
  • Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasını təmin etmək, rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində təşkil etmək.
  • Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işi təşkil etmək.
  • Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək.
  • Fərdi fəaliyyət planı tərtib etmək.
  • Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək.
  • Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək.
  • İstehsalat ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq.
  • Məhsulun istehsalatının başlanması üçün nümunə götürmək, yoxlama həyata keçirmək və laboratoriya nəticələr barədə hesabat vermək.
  • Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsulu qiymətləndirmək.
  • Qrup fəaliyyətlərini mövcud daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
  • Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək;
  • Digər departament və qruplarla koordinasiya saxlamaq, həmçinin üst rəhbərlər və qrup işçiləri arasında münasibətləri uzlaşdırmaq.
  • Birbaşa rəhbərinə işi barədə hesabat vermək.

Xüsusi tələblər

  • İstehsalat keyfiyyətə nəzarət üzrə ən azı 5 illik idarəetmə təcrübəsi;
  • Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
  • Texniki ingilis dili biliyi, rus dili arzuolunandır;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik düşüncə bacarığı;

Telegram kanalımız