Aparıcı məsləhətçi (Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsi)

Bakı

TƏBİB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
  • TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək
  • Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq
  • Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən sığorta məbləğindən edilən kəsintilərin səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasına nəzarət etmək
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
  • Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək

Xüsusi tələblər

  • Ali təhsil (Tibb, səhiyyənin təşkili və ya iqtisadiyyat sahəsi üzrə)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Planlama və təşkiletmə


Müraciət qaydası

  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Sığorta işinin təşkili şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Telegram kanalımız