Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Gəminin gövdəsi və texniki vasitələrinin istismar qaydalarına, gəmini inşa edən zavod tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına nəzarəti həyata keçirir; 
• Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri planlaşdırır; bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrundan mübarizəyə hazırlığını təmin edir; 
• Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir; gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir; 
• Gəmi limana daxil olan və limandan çıxan zaman yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir; körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalanmağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə hesabat sənədlərinin aparılmasını təmin edir.

Xüsusi tələblər

  • Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Böyük mexanik” vəzifəsinə aid bütün tələbləri; 
  • gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.


Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.


Oxşar vakansiyalar

 
  • Bakı

  • 350 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Xırdalan

  • Razılaşma yolu ilə

Telegram kanalımız