"CRESCENT" Araşdırmalar Mərkəzi əsası 2023-cü ildə qoyulmuş, Yaxın Şərqə və onun bütün dünya ilə əlaqələrinə təsir edən siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə müstəqil və əhatəli təhlillər aparmaq məqsədilə fəaliyyət göstərən, beynəlxalq əlaqələr üzrə beyin mərkəzidir.
• Region: Yaxın Şərq
• Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;
• Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;
• Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.
• Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
• Araşdırma, analitik yazı və təqdimat bacarıqları;
• Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
• MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.
Rəsmi əməkhaqqı:
Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək. Rəsmi müqavilə bağlanacaq.
İş yerinin ünvanı: Qlobus Biznes Mərkəzi (Globus Business Centre)
Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun