Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti/aparıcı eksperti/baş eksperti

Bakı

Bank of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud biznes və texnoloji proseslərin rəqəmsallaşdırılaraq optimallaşdırılması üzrə daxili ehtiyacların öyrənilməsi və təhlil edilərək təkliflərin hazırlanması
  • Hazırlanmış təkliflərin həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütəmadi iş birliyində olmaq
  • Müxtəlif İT xidmətlərin, eləcə də proqram təminatlarının satın alınması üçün bazar araşdırmasının aparılması, təchizatçılarla əlaqə qurulması və lazımi məlumatların toplanması
  • İT xidmət və proqram təminatı təchizatçılarının təklif etdikləri məhsul və xidmətlərin texnoloji dəyərləndirmələrinin aparılması, təhlil edilərək qarşılaşdırılması və POC (Proof of Concept) çalışmalarının yerinə yetirilməsi
  • Yerinə yetirilən işlərlə bağlı olan proseslərin yazılması və təqdimatların hazırlanması.
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Xüsusi tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları və iqtisadiyyat sahələri üstünlükdür.)
  • Sahə üzrə 2 ildən çox iş təcrübəsi
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
  • MS Excel, PowerPoint, MS Visio proqramları ilə əla səviyyədə işləmək bacarığı
  • Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız