İT Audit şöbəsinin müfəttişi

Bakı

Bank of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramlarının tərtib edilməsi
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
  • İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
  • Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
  • Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil
  • Azərbaycan , rus və ingilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
  • İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi. İT audit sahəsində iş təcrübəsi arzuolunandır.
  • İT Audit və risklərin idarə olunması üzrə biliklər
  • Daxili və Beynəlxalq İT standartları üzrə biliklər
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Əlavə olaraq Certified Information Systems auditor, Certified Information Systems Security Professional, Certified Information Security Manager və ya Microsoft Certified Systems Engineer sertifikatlarına malik namizədlərə üstünlük veriləcək.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız