Qiymətləndirmə və inkişaf sektoruna rəhbər

Bakı

Azərbaycan Texniki Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qiymətləndirmə və inkişaf  şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
  • Qurum əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
  • Təlim, qiymətləndirmə və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
  • Universitetdaxili və xarici təlimlərin təşkil edilməsi;
  • Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin təşkil edilməsi;
  • Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
  • Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
  • Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərinin yerinə yetirilməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
  • Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
  • Əsas fəaliyyət göstəricilərini, ali təhsil müəssisəsinin dəyər və strateji hədəflərini nəzərə almaqla performans qiymətləndirmə sisteminin tətbiqi;
  • Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
  • İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək

Xüsusi tələblər

  • Ali təhsil;
  • Qiymətləndirmə və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (qiymətləndirmə və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);
  • Qiymətləndirmə və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmə bacarığı;
  • Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yaxşı səviyyədə ingilis dili biliyi.
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq  bacarığı;
  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.


Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 10.12.2024-cü il saat 18:00

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 1200 - 1800 AZN

Premium
 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
Telegram kanalımız