Satınalma/tender üzrə mütəxəssis

Bakı

GM Construction
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
  • Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
  • Tender protokollarını hazırlamaq;
  • Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
  • Şirkətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
  • Tender prosesində şirkəti təmsil etmək;
  • Şirkətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;  
  • Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Müştəri bazasını genişləndirmək;
  • Rəhbərliyin aidiyyatı xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək;
  • Nahar yeməyi və korporativ nömrə təminatı;
  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence);
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü.

Xüsusi tələblər

  • Təhsil: Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;
  • İş təcrübəsi: Tikinti sahəsində müvafiq vəzifə üzrə azı 2 il;
  • Dil bilikləri: Azərbaycan dili -mükəmməl, bir xarici dil - sərbəst səviyyədə;
  • Kompüter bilikləri: MS Office proqramları və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Proqram təminatı: 1 C 8.3 versiyasında sərbəst işləmə qabiliyyəti;
  • Məsuliyyət, punktuallıq və çeviklik;
  • Analitik düşünmə və problemin düzgün həlli bacarığı;
  • Planlama, vaxtın düzgün idarə edilməsi;
  • Güclü ünsiyyət qurma, yüksək səviyyədə təqdimat etmək və danışıqlar aparmaq qabiliyyəti;
  • Əmək və nizam - intizam qaydalarına yüksək səviyyədə əməl edilməsi;
  • Komandada işləmək bacarığı;


Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (şəkil əlavə olunması mütləqdir) elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur;

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • 1200 - 1800 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
Telegram kanalımız