Baş məhsul mütəxəssisi

Bakı

Azsmart
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkəti maraqlı tərəflər və müştərilər qarşısında təmsil etmək;
  • Əsas məqsəd və nəticələrin, strategiyaların hazırlanması və məhsul ilə bağlı məlumatlarının biznes qərarlarının verilməsinə tətbiq edilməsi;
  • Məhsulla bağlı problemlərin həlli, qərarların qəbulu və son tarixlərdə icrasını qarşılayaraq tam analizini həyata keçirmək;
  • Tərtibatçılar üçün məhsul xüsusiyyətlərinin müvafiq və təfərrüatlı təsvirlərinin hazırlanması;
  • Biznes/Sistem analitik və məhsul dizayn komandası ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərmək və icrasına nəzarət etmək;
  • POS-terminal və Nəzarət-Kassa Aparatı idarə sistemlərinin idarə olunması, dəstəyi, monitorinqi və daimi təkmilləşdirilməsi;
  • İnteqrasiya layihələri üzrə texniki dəstəyin təmin edilməsi;
  • Müxtəlif  tərəfdaşlarla və dəstəkçi şirkətlərlə əməkdaşlıq edilməsi;
  • Müvafiq təlimatların hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil;
  • İnformasiya texnologiyaları sahəsində azı 2 il iş təcrübəsi;
  • POS-terminal və Nəzarət-Kassa Aparatı  üzrə iş təcrübəsi;
  • Ödəniş sistemlərinin iş  prinsipini dərindən anlamaq;
  • Proqram təminatının inkişafının həyat dövrü (SDLC) və Proqram təminatının sınaqdan keçirilməsinin həyat dövrü (STLC) üzrə biliklər;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Davamlı öyrənmə və inkişafa yönümlülük;
  • Komanda ilə işləmə bacarığı;
  • Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir web arxitektura anlayışlarını başa düşmək (Mikroservislər, API və s. kimi);
  • Postman, XML, JSON və SQL üzrə texniki biliklər;
  • Jira Core/SM/Confluence, MS Ofis/Visio/Project  və Figma kimi alətlərdən istifadə təcrübəsi;
  • Xarici dil səviyyəsi: İngilis və Rus dili– B2.
Müraciət etmək üçün: jobs@azsmart.az

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı, Abşeron

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız