Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təşkilati məqsədlərə uyğun olaraq etibarlı və düzgün qiymətləndirmə alətlərinin seçilməsində iştirak etməklə qəbul edilmiş yeni yoxlama-ölçmə materiallarının aidiyyəti üzrə sahə ekspertləri ilə razılaşdırılması;
  • Məsafədən qiymətləndirmə alətlərinin hazırlanması və tətbiq edilməsi; 
  • Qiymətləndirmə alətləri və proseslərinin təşkilatın spesifik ehtiyaclarına uyğunlaşdırılması və optimallaşdırılması;
  • Qiymətləndirmə nəticələrinin toplanması, təhlil edilməsi və düzgün nəticələrin çıxarılması;
  • Qiymətləndirmə nəticələrinə əsaslanaraq aydın və başa düşülən hesabatların hazırlanması və maraqlı tərəflərə təqdim olunması;
  • Distant qiymətləndirmə zamanı məlumatların təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün müvafiq təhlükəsizlik standartlarının tətbiqinə dair təkliflər verilməsi;
  • Qiymətləndirmə proseslərinin dəqiqliyi, tutarlılığı və ədalətliliyi ilə əlaqədar yüksək standartların qorunmasının təmin olunması və qiymətləndirmə alətlərinin effektivliyinin artırılması;
  • Qiymətləndirmə alətlərinin və proseslərinin davamlı olaraq təhlil edilməsi və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Zəruri hallarda imtahanların təşkili ilə bağlı olan avadanlıqlar və proqram təminatlarının test edilməsi;
  • Vətəndaş müraciətlərinin qəbul edilməsi və araşdırılması, daxil olan vətəndaş müraciətlərinin aidiyəti üzrə mövcud qanunvericiliyə əsasən və SOCAR-ın normativ hüquqi aktlarına uyğun olaraq icrasının təmin edilməsi. 

Xüsusi tələblər

  • Psixologiya, İnsan resursları, Hüquq, Biznes və ya əlaqədar sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 4 il iş stajı;
  • Verilənlərin analizi, təhlili, emalı və analiz nəticələrinin təqdim olunması bacarıqları; 
  • Problem həll etmə bacarığı;
  • Strateji və analitik düşünmə bacarığı;
  • Komandada işləmə və yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Xarici dil bilikləri (İngilis dili, Rus dili);
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatlar (CİPD, SHRM və s.) üstünlükdür;
  • MS Office proqramları (Excel proqramı yüksək səviyyədə);
  • Power BI, Python proqramlarında işləmək bacarığı (arzuolunandır).


Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert” başlığı ilə [email protected] elektron poçtuna 12.12.2024-cü il tarixinədək göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

Telegram kanalımız