Vəzifənin əsas aspektlərinə müəssisənin məlumat modelinin bütövlüyünü davamlı şəkildə təmin etmək üçün məlumat profilinin yaradılması, məlumatların mənşəyi və metaməlumatların idarə edilməsi daxildir;
Hər daxil edilmiş element üçün SOCAR Baş ofisindən material kodlarını əldə etmək;
Məlumatların uyğunsuzluqlarını həll etmək və onlayn formatda çatışmayan məlumatları əldə etmək üçün orijinal sənəd ilə bağlı cavabdeh şəxslərlə işləmək;
Davamlı əməliyyatlar və layihə mərhələsinin tələbatları üçün yaratma, çeşidləmə, yoxlama, yeniləmə, hesabat vermə və saxlama daxil olmaqla, məlumatların daxil edilməsi ilə əlaqədar müəyyən edilmiş bütün tapşırıqları yerinə yetirmək.
Əsas vəsaitlərin kapitallaşdırılmasını sürətləndirmək üçün layihələrlə əlaqədar məlumatları təhlil etmək, təmizləmək və təşkil etmək;
Rəhbərlik tərəfindən təsdiqlənmiş optimallaşdırma planına uyğun olaraq davamlı şəkildə ümumi daxil edilmə / çıxarılma protokolunu yerinə yetirmək;
Məlumatların daxil edilməsi, istifadəsi və çıxarılması ilə əlaqədar məsələlərin və problemlərin toplamaq və kateqoriyaya ayırmaqla təchizat zənciri istifadəçisi qrupunu davamlı olaraq dəstəkləmək;
Tələb olunduqda materiallara dair müvafiq məlumatların sənədlərin yeni elektron idarəetmə sisteminə (EDMS) köçürülməsini yerinə yetirmək və məlumatları tələb olunan formatda hazırlamaq;
Müəyyən edilmiş serverdə dəqiqliklə saxlanılmalı və təmin edilməli məlumat fayllarını tərtib etmək, çeşidləmək, yoxlamaq və düzəltmək;
Yerinə yetirilməmiş sorğuların qarşısını almaq üçün məlumatları müvafiq məlumat bazalarında dəqiq və vaxtında yeniləmək;
Məlumatların daxil edilməsi işləri üzrə statistik və məlumatlara dair hesabatları hazırlamaq.
Xüsusi tələblər
Məlumatların idarə edilməsi, metaməlumatların təşkil edilməsi və arxitekturası üzrə bacarıqlar;
SAP ERP (Materialların idarə edilməsi (MM) modulu) proqram təminatında güclü iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti;
İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
Yaxşı ünsiyyət və komanda daxilində işləmək bacarığı;
Planlaşdırmaq bacarığı;
Çoxsaylı tapşırıqları yerinə yetirmək və iş vaxtının idarə olunması bacarıqları, tapşırıqları prioritetləşdirmək qabiliyyəti;
İşlərin icrasına məntiqi və sistematik yanaşma;
Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;