• Bölümün fəaliyyətində sağlam, təhlükəsiz əmək şəraitinin və ətraf mühitin qorunması ilə bağlı işlərin “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi” və beynəlxalq standartların tələblərinə uyğun Keyfiyyətin idarə edilməsi sistemindən irəli gələn tələbləri tətbiq edir, rəhbər və mühəndis texniki işçilər tərəfdən bu tələblərə riayət olunmasına nəzarət edir;
• İş rəhbərləri tərəfindən işçilərin əməyin təhlükəsizliyi üzrə biliklərinin yoxlanılmasının, iş yerində təlimatların (ilkin, vaxtaşırı, növbədənkənar, birdəfəlik) keçirilməsinin qüvvədə olan qayda və normaların tələblərinə uyğun təşkil olunmasına və bu istiqamətdə sənədlərin düzgün tərtib olunmasına nəzarət edir;
• Təhlükəsiz iş üsullarının öyrədilməsinə dair sənədlərin (biliklərin yoxlanılması qrafiki, suallar, təlimat proqramları və s.) hazırlanmasında bilavasitə iştirak edir, rəhbər və mühəndis texniki işçilərə metodiki köməklik göstərir;
• Bölümün istehsalat sahələrində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə fəhlə və mühəndis texniki işçilərlə maarifləndirmə işlərini aparır;
• Bölümdə SƏTƏMM üzrə təlimatların, prosedurların işlənib hazırlanmasında iştirak edir və bu istiqamətdə müvafiq təkliflər verir;
• Rəhbər və mühəndis texniki işçilər tərəfindən istehsalat sahələrində maarifləndirmə işlərinin aparılmasına nəzarət edir;
• Rəhbər və mühəndis texniki işçilər tərəfindən işdən öncə təlimatlandırmanın keyfiyyətli keçirilməsini nəzarətdə saxlayır;
• Əməliyyatların aparılmasından əvvəl təhlükələrin müəyyən olunmasının, risklərin qiymətləndirilməsinin, önləyici və tənzimləyici tədbirləringörülməsinin və bu istiqamətdə işçilərin məlumatlandırılmasının təşkilinə nəzarət edir;
• İstehsalat obyektlərində baş verə biləcək qəzaların qarşısının alınması üzrə planların olmasına və bu planlara uyğun işçilərə hərəkətetmə qaydalarının öyrədilməsinə nəzarət edir;
• Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
• Fəaliyyətini nizamlayan hüquqi və normativ sənədlərin tələblərini;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə böyük mühəndis fəaliyyətinə aidiyyatı olan normativ və metodiki materialları;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə maarifləndirmə işlərinin təşkil edilməsini;
• Avadanlıq və mexanizmlərin sınağının təşkilində iştirak edilməsini;
• İstehsalatda işçilərin sağlamlığının mühafizəsinin təşkilinə nəzarət edilməsini;
• .Peşə xəstəlikləri və istehsalat zədələnmələrinin azaldılması üçün tədbirlərin görülməsini;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə İşçilərin biliyinin yoxlanılmasının təşkil edilməsini;
• ƏMTT üzrə təlimatın növlərini.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun